Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Universiteti ilə Polşanın Jeşuv Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanacaq

Naxçıvan Dövlət Universiteti ilə Polşanın Jeşuv Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanacaq

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Polşaya işgüzar səfərə yollanıblar. Səfər zamanı Polşanın Jeşuv Universitetində görüş keçirilib.

Görüşdən əvvəl Jeşuv Universitetinin Texnoparkı, Nanotexnologiya və Biotexnologiya mərkəzləri ilə tanışlıq olub.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə universitetlər arasında tədrisi İngilis dilində aparılan Tibb ixtisasında təhsil alan tələbələrin mübadiləsi və rezidentlərin 3-6 aylıq rotasiyalarının təşkili, Xarici dillər fakültəsi ilə dilçilik sahəsində birgə konfransın keçirilməsi, Jeşuv Universiteti ilə Naxçıvan Dövlət Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması, hər iki ali təhsil müəssisəsi kitabxanalarının elmi bazasından tələbə və müəllim heyətinin istifadə etməsi, ortaq beynəlxalq layihələrin hazırlanması, Erasmus+ proqramı çərçivəsində qarşılıqlı tələbə və müəllim heyətinin mübadiləsi haqqında razılıq əldə olunub.

Bunlarla yanaşı mikro və nanotexnologiya və Texnopark sahələrində əməkdaşlıq yaradılması kimi müxtəlif məsələlər müzakirə olunub. Görüş zamanı Polşada yerləşən, dünyaca məhşur Veliçka duz yatağı olan və Naxçıvanda yerləşən Duzdağ mağarasının birgə tədqiqi üçün “Duz araşdırmaları” konqresinin keçirilməsinə razılığa gəlinib.

Qeyd edək ki, Jeşuv Universiteti ənənəvi Qafqaz konfransına ev sahibliyi edir və əlavə olaraq 2024-cü il bu sahədə bir sıra onlayn konfransların keçirilməsi nəzərdə tutulur. Keçiriləcək konfranslarda NDU-nun Beynəlxalq münasibətlər və hüquq, eyni zamanda Tarix fakültələrinin Rus və İngilis dilli müəllimlərinin də iştirakı müzakirə edilən mövzular sırasındadır.

Görüşdə 2024-cü ildə universitetlər arasında birgə əməkdaşlığa dair memorandumun imzalanması planlaşdırılıb.

admin

Related Posts