Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib

Naxçıvanda saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10000(on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilmişdir.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

admin

Related Posts