Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Küveyt Dövlətinin Əmiri parlament qarşısında and içib

Küveyt Dövlətinin Əmiri parlament qarşısında and içib

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamenti qarşısında and içib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, andiçmə mərasimi Küveyt dövlət televiziyası ilə canlı yayımlanıb.

Şeyx Məşəl dekabrın 16-da vəfat edən Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın yerinə keçib. Küveyt konstitusiyasına görə, əmirin ölümündən sonra taxt vəliəhd şahzadəyə ötürülür, lakin o, yalnız parlamentdə and içdikdən sonra hakimiyyətə gələ bilər.

Küveytin mərhum əmiri 2006-2020-ci illərdə ölkəyə rəhbərlik edən ögey qardaşı Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın ölümündən sonra taxta çıxmışdı. 2006-cı ilin fevralında Şeyx Sabahın göstərişi ilə Şeyx Nəvaf vəliəhd təyin edilmişdi. Beləliklə, əs-Sabah ailəsinin iki qolunun – əl-Cabir və əl-Salem nümayəndələrinin növbəli əmirlik ənənəsi pozulmuşdu.

admin

Related Posts