Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan 9-cu dəfə baba oldu

Ərdoğan 9-cu dəfə baba oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib.

Birinci24.com TRT-yə istinadla xəbər verir ki, Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.

Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib, nəvəsi və qızının sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb. Körpəyə Asım Özdemir adının qoyulduğu bildirilib.

Ərdoğanı xəstəxanaya ziyarəti zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Qeyd edək ki, Prezident Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.

Editor

Related Posts