Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yaxın Şərqdə 3 ayda ölən jurnalistlərin sayı Ukraynada iki ildə ölənlərdən çoxdur”

“Yaxın Şərqdə 3 ayda ölən jurnalistlərin sayı Ukraynada iki ildə ölənlərdən çoxdur”

“Yaxın Şərqdə münaqişənin eskalasiyasından bu yana keçən üç ay ərzində Ukraynada iki illik döyüşlərdən daha çox jurnalist həlak olub.

Birinci24.com xəbər verir ki, bu barədə Qəzza zolağının media ilə əlaqələr departamentinin məlumatlarına istinadən “The Washington Post” (WP) yazıb.

Məlumata görə, 2023-cü il oktyabrın 7-dən etibarən Yaxın Şərq münaqişəsində 110-a yaxın jurnalist həlak olub.

“Bu, son illərdə münaqişə zonalarında öldürülən jurnalistlərin ən yüksək saydır”, – nəşr bildirib.
Bununla belə, WP Ukraynada neçə jurnalistin öldüyü barədə məlumat verməyib.
Nəşr qeyd edir ki, bəzi hesablamalara görə, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin eskalasiyasından bəri hər onuncu jurnalist öldürülüb.

Editor

Related Posts