Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar – müşavirə keçirilir – YENİLƏNƏCƏK

Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar – müşavirə keçirilir – YENİLƏNƏCƏK

Birinci24 informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə birgə layihəsi olan seminarda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, Mərkəzi Seçki Komissiyasının Katibliyin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli iştirak edirlər.

Qeyd edək ki, seminarda Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat təqdimatı olacaq.

admin

Related Posts