Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür

İmam Həsən Əskəri (ə) hicri 232-ci ilində (təxminən miladi 846-ci il) Mədinə şəhərində İmam Əliyyən-Nəqi (ə) və xanım Hüdeysənin evində dünyaya göz açıb.

Bu gün hicri-qəməri təqvimi ilə rəbiul-əvvəl ayının səkkizi 11-ci imam Həsən Əskərinin şəhid edilən gününə təsadüf edir. Həzrət Həsən Əskərinin babası İmam Təqinin (ə) dövründən başlayan Abbasi xəlifələrinin Əhli-Beyt (ə) imamları və tərəfdarlarına qarşı təzyiqlər daha da şiddətlənmişdi. İmam Həsən Əskəri (ə) 22 yaşına çatanda atası zəhərləndirilərək şəhadətə çatdırıldı və Əhli-Beyt (ə) tarixində ən ağır illərdə imamət vəzifəsi Həzrət Həsən Əskərinin (ə) öhdəliyinə düşdü. 

O zamanlar Bizans imperiyası ilə sərhədlərin yaxınlığında yerləşən Samirra şəhərində xilafətin hərbi qarnizonu yerləşirdi. Burada xəlifələrin iqamətgahı da var idi. Şəhərin “Əskər” (tərc. – “Hərbçi”) adlı məntəqəsi xilafət ordusunun nəzarətində idi. Bu səbəbdən Abbasi hökuməti İmamı (ə) həmin məntəqəyə sürgün edərək ciddi nəzarət altında saxlamaq istəyiridi. İmam (ə) Əskər deyilən bu məntəqədə yaşadığından ona “Əskəri” ləqəbi verilmişdi. Həmçinin Həzrəti “Zəki” (tərc. – “pak və təqva sahibi”) ləqəbi ilə də çağırırdılar.  

İmam hicri-qəməri təqvimilə 260-cı ilin rəbbiul-əvvəl ayının 8-ində şəhid edilib. İmam Həsən Əskəri 28 il ömür sürüb və 7 il imamət edib. İmamın (ə) ömrü çox iztirablı və çətin olub. Dəfələrlə həbsə məhkum olunub. O, Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid edilib. Mübarək məzarı İraqın Samirra şəhərində yerləşir. Əsrlərdir imamın məzarı imamsevər və əhli-beytsevərlər tərəfinfən ziyarət edilir. İmamın doğum və şəhadət günlərində on minlərlə bəlkə də yüz minlərlə insan bu məzarı ziyarət edirlər.

Editor

Related Posts