Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyaları yenidən qurulacaq

“Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyaları yenidən qurulacaq

Naxçıvanda əhalinin və müəssisələrin elektrik enerjisinə artan tələbatının ödənilməsi istiqamətində işlər uğurla həyata keçirilir. Görülən tədbirlər çərçivəsində 35/10 kV-luq “Sədərək”, 35/10 kV-luq “Nəzərabad” və 35/10kV-luq “Əbrəqunus” yarımstansiyalarının yenidən qurulması nəzərdə tutulur. Bunun üçün 2023-cü il oktyabrın 24-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 28-də müsabiqə uğurla yekunlaşıb.

Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “CİHAN CERAMİC” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Sözügedən yarımstansiyaların qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 1.300.000,0 manat vəsaitin 1.132.800,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 167.200,0 manat məbləğində qənaət əldə edilib.

admin

Related Posts