Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Orta Şərqdə müharibə təhlükəsi artır: İran ilk dəfə ABŞ konsulluğu tərəfə raket atdı

Orta Şərqdə müharibə təhlükəsi artır: İran ilk dəfə ABŞ konsulluğu tərəfə raket atdı

Orta Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrail Qəzzə zolağında törətdiyi böyük dağıntılara rəğmən hələ ki, başlatdığı hərbi əməliyyatı sonlandıra və HƏMAS-n müqavimətini qıra bilmir. O biri tərəfdən də Livandakı Hizbullahla aras – sıra baş verən sərhəd toqquşmaları hər an iri miqyaslı müharibəyə çevrilmək təhlükəsi daşıyır.

İsrail və Fələstin arasında hərbi toqquşma başlayanda ABŞ 70 – ə qədər F-35 daşıyan hərbi donanmasını regiona göndərərək münaqişənin qarşısını almaq istəyirdi. Ancaq son vaxtlar İranın proksi qüvvələri ilə İsrail və ABŞ arasında toqquşmaların artması bölgədəki gərginliyin getdikcə nəzarətdən çıxdığın göstərir.

Yəmən əhalisinin 25 faizini təşkil edən, ərazinin 80 faizinə nəzarət edən İran dəstəkli Husilərinin Qırmızı dəniz və Süveyş kanalı ilə hərəkət edən ticarət gəmilərinə qarşı başlatdığı hücumlar dünya bazarında neftin qiymətinin 3 dollara qədər bahalaşmasına səbəb olub. İndi bu yoldan istifadə çox təhlükəli olması səbəbindın alternatov yolla daşımaların müddəti 20-25gün uzanıb. Husilər regiondakı ticarətin 40 faizinin aparıldığı Qırmızıdəniz – Süveyş kanalı istiqamətində basqınların dayandırılması şərti kimi İsrailin Qəzzaya hücumlarının durdurlmmasını tələb edirlər. Bundan əlavə Husilər bir başa olaraq İsrailin Qəzzaya yönəlik hücumlarına cavab olaraq 12 uzaq mənzili kamikadze dronu, 3 ballistik raket atsalar da bunların hamısı ABŞ tərəfindən havadaca məhv edilib. Aydın görünür ki, Husiləri dəstəkləyən İran onların vasitəsi ilə dünya dəniz ticarətini öz nəzarətində saxlayan ABŞ-ın Orta Şərqdəki dəniz hakimiyyətimi sarsıtmağa və həm də İsrailin hərbi əməliyyatları dayandırması üçün təzyiq etməyə çalışır.

2 gün öncə isə çox maraqlı və ilk dəfə görülən bir hadisə baş verdi. İran İslam İnqilabının Keşçiləri Korpusu İraqdakı ABŞ – Konsuluğu yaxınlığındakı iş adamlarının evləri və Ərbil Hava limanı ətrafındakı İŞD əleyhinə beynəlxalq koalisiyanın ərazisinə ballistik raketlərlə zəbı endirdi və yaydığı bəyanatda İsrailin casus yuvasını dağıtdığını bildirərək edilən hücümun məsuliyyətini öz üzərinə götürdü. Hücum nəticəsində 4 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb. Düzdür Qasim Süleymaninin ölümündən sonra da İran boşaldılmış ABŞ bazası yaxınlığına, boş əraziyə raket atmışdı, ancaq o zaman bu daha çox daxili təbliğat üçün edilmişdi. İndi isə vəziyyət fərqlidir. Eyni vaxtda Suriya ərazisində İdlibdə İŞD bazasına zərbə endirildiyi deyilsədə həmin ərazidə İŞD – ə aid heç bir baza olmadığı aydın olub. Bu baş verən hadisə hər zaman proksi qüvvələr vasitəsi ilə ABŞ və İsraillə cırmaqlaşan İranın ilk dəfə öz adı ilə hərbi münaqişədə tərəf kimi iştirak etməsi deməkdir.

Bəs İran nədən öz proksi qüvvələri arxasında gizlənmə taktikasını dəyişərək belə bir addım atmağa qərar verdi. Bir müddət öncə İran İslam İnqilabının Keşikçiləri korpusunun Orta Şərqdəki bütün hərbi əməliyyatlarna rəhbərlik edən Qüds briqadasının komandiri Rza Seyid Əl-Mysəvi İsrail tərəfindən öldürüldü Bu Qasim Süleymaninin ölümündən sonra İran üçün ən böyük itki hesab olunur. Ondan sonra isə HƏMAS-m ikinci şəxsi İranla əlaqələri Kordinasiya edən Saleh əl – Əruni Livanda öz evində İsrail avia zırbəsi ilə məhv edildi. Sonra da Qasim Süleymaninin ildönümü mərasimində məlum partlayış baş verdi. Və bunun ardınca da ardınca da ABŞ və İngiltərə aviasiyası Yəməndəki Husi bazalarına zərbələr endirməyə başladı. Bütün bunların fonunda İranın hərəkətsiz qalmaqda davam etməsi himayə etdiyi proksi qüvvələr arasında onun cəsarətsiz davrandığı, özü gizlənərək başqalarını istifadə etdiyi kimi fikirlər yaradıb Tehranın nüfuz və təsir imkanlarına ciddi zərbə vura bilərdi. Üstəlik nəzərə alsaq ki, Qasim Süleymaninin ildönümü mərasimində baş vermiş və 83 nəfərin ölümünə səbəb olmmuş partlayışa görə İranın sərt bəyanatlarından sonra nəsə etməklə bağlı bir gözlənti də yaranmışdı .

Maraqlıdır ki, ABŞ və İngiltərə aviasiyasının Yəmənə endirdiyi zərbədən sonra Husilər adından yayılan bəyanatlarda ABŞ-a müharibə ellan etməklə yanaşı, İrandan da cavab addımları atmalı olduğu tələb edilirdi. Bu tələb onu göstərir ki, İran ənənəvi qaydada gizlənməkdı davam edib səhnəyə çıxmazdısa öz istifadə etdiyi proksi qüvvələri ilə arasındakı bağın zədələyəcəyini görməyə başladı.

Eyni zamanda Tehran fərqindədir ki, İsrail təkcə Qəzza ilə kifayətlənməyərək İranın proksi qüvvələrinə zərbələr vurmaqla əsas strateji hədəfi kimi prosesi onun üstünə yönəldib öz əsas strateji rəqibini ilə məsələni birdəfəlik həll etməyə çalışır.

Xüsusi ilə də ABŞ hərbi donanmasının regionda olduğu bir vaxtda və İran dəstəkli qüvvələrlə Amerika hərbçiləri arasında toqquşmaların yaşandığı indiki şərait bundan ötrü fürsət sayıla biləcək bir zəmin yaradır. Bu baxımdan Baydenin İranın Ərbildəki raket hücümlarına qarşı cavab tədbirləri görüləcəyini bildirməsi diqqət çəkir və gərginliyin İran, İsrail və ABŞ arasında birbaşa qarşıdurmaya çevrilmə ehtimalını artırır.

Fuad Qəhrəmanlı

Editor

Related Posts