Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində tədbir: “Sədərəkdən Şuşaya” – FOTO

“Naxçıvan” Universitetində tədbir: “Sədərəkdən Şuşaya” – FOTO

20 yanvar faciəsinin ildönümü münasibəti ilə “Naxçıvan” Universitetində tədbir keçirilib, Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” filmi nümayiş etdirilib.

Filmin təqdimatında əvvəlcə şəhirlərimizin əziz xatirəsi yad edilib, Dövlət himnimiz səsləndirilib.

Rəsmi şəxslərin, şəhid ailəsi üzvlərinin, qazilərin, Sədərək döyüşçülərinin, ziyalı və tələbələrin, media nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər xalqımızın keçdiyi mübarizə yolundan bəhs ediblər.

Bildirilib ki, 34 il öncə Bakıda törədilən 20 Yanvar hadisələrindən bir neçə saat öncə Sədərəyə şiddətli hücum olmuş, Naxçıvan ilk şəhidlərini vermişdir.

Tədbirdə tələbələr tərəfindən qəhrəmanlıq ruhunda şeirlər səsləndirilib, bədii kompozisiya təqdim edilib.

Sonra “Sədərəkdən Şuşaya” filminə baxış olub. Filmdə xalqımızın Sədərək döyüşlərindəki qəhrəmanlığı cəsur bir xanımın – qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur. Naxçıvan televiziyasının arxivindənən götürülmüş unikal kadrları, eləcə də filmin baş qəhrəmanı Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini tamaşaçılar həyəcanla izləyiblər. Nəzifə Qaybalıyeva Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra bu dəfə Şuşada Ntv kameraları qarşısına çıxıb… Filmdə Sədərəyin qəhrəmanlıq tarixi varaqlanır, Naxçıvan döyüşçülərinin də uğrunda can qoyduğu Şuşa zirvəsinə qədər keçilən qəhrəmanlıq yolu izlənilir.

İzləyicilər sırasında filmin qəhrəmanı Nəzifə Qaybalıyeva da olub.

admin

Related Posts