Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mühacirətdə olan ruhanilər həbsxanada təzyiq və işgəncə hallarını qınadılar

Mühacirətdə olan ruhanilər həbsxanada təzyiq və işgəncə hallarını qınadılar

İmam Kazım (ə): Uca Allah buyurur: “Hər kim mənim bir dostumu təhqir etsə, mənimlə döyüşmək üçün hazırlanmışdır və dostlarıma ən tez kömək edən mənəm”.

Son günlər həbsxanada ruhani və möminlərə qarşı sərt davranışlar müşahidə edilir. Bir müddət öncə Şəhid Səbuhi Səlimovun, sonra isə Şəhid Təqinin həbsxanadan cansız bədənləri çıxdı. 

Heç bir qanunsuzluğa yol vermədikləri halda saxta ittihamlarla həbs edilməkləri azmış kimi həbsxanada zorakılıqlara məruz qalan bu insanların  haqqını müdafiə edən bir dövlət qurumu tapılmır. Dindarlar zindan həyatının çətinliyi ilə yanaşı mütəmadi olaraq işgəncələr və təhdidlərlə üzləşirlər. Şikayətlərə baxmayaraq Penitensiar xidmət həbsxanalarda olan məişət çətinliklərinin həllində maraqlı deyil. Hüquqları kobud şəkildə pozulan vicdan məhbuslarının haqqını müdafiə etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Biz mühacirətdə olan ruhanilər başda Hacı Tale Bağırzadə, Şeyx Sərdar Hacıhəsənli olmaqla həbsxanada olan dindarlara qarşı işgəncə, təhdid, zorakılıq və bütün “ədalətsizlik” sifətini özündə daşıyan davranışlara son verilməsini tələb edirik.

Mühacirətdə olan Ruhanilər
10.05.2024

Editor

Related Posts