Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kannda HƏMAS-ın hücumundan bəhs edən İsrail filmi ləğv edildi

Kannda HƏMAS-ın hücumundan bəhs edən İsrail filmi ləğv edildi

77-ci Kann Film Festivalı çərçivəsində planlaşdırılan İsrail istehsalı olan “Bearing Witness” (“Şahid”) (2023) filminin nümayişi təxirə salınıb.

Birinci24.com xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilir ki, film Fələstinin HƏMAS qruplaşmasının İsrail şəhərlərinə hücumundan bəhs edir. Filmə 7 oktyabr 2023-cü il hücumunun şahidləri və fələstinli yaraqlıların özləri tərəfindən lentə alınan kadrlar daxildir.

Agentlik qeyd edir ki, film cümə günü axşam özəl nümayiş çərçivəsində müsabiqədənkənar nümayiş etdirilməli idi. Lakin son anda tədbir əlavə təfərrüat verilmədən təhlükəsizlik səbəbindən ləğv edilib.

Editor

Related Posts