Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“BCM prokurorunun qərarı Netanyahunun siyasi karyerasını xilas etdi” – “Politico”

“BCM prokurorunun qərarı Netanyahunun siyasi karyerasını xilas etdi” – “Politico”

“Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsi tələbi Nazirlər Kabinetinin rəhbərinin siyasi karyerasını xilas edərək, onun hakimiyyətdə qalmasına şərait yaradıb”.

Birinci24.com xəbər verir ki, bu barədə “Politico”nun Avropa nəşrinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Benyamin Netanyahunun hakimiyyətdə olduğu günlərin sayılı olduğu göründüyü anda BCM ona kömək edib:

“İsrail rəhbərliyini müharibə cinayətlərində ittiham etmək Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına səbəb olmayacaq, həm də israilliləri baş nazirlərinin ətrafında birləşməyə məcbur edəcək. Həftəsonu İsrail hərbi kabinetinin üzvü  Benni Qantz Netanyahunu hədələyərək bildirib ki, Qəzza zolağının idarə olunması üçün müharibədən sonrakı plan hazırlanmasa o istefa verəcək və bunun nəticəsində hərbi kabinet dağılacaq. Qantz Netanyahunun uzun və keşməkeşli siyasi karyerasına son qoya biləcək düzgün siyasətçi hesab olunur”.

Nəşr qeyd edir ki, Netanyahunun keçmiş kampaniya strateqi Nadav Strauçlerin sözlərinə görə, israillilərin əksəriyyəti Xanın qərarının təkcə icra başçısına deyil, İsrailə qarşı yönəldiyinə inanıb.

Editor

Related Posts