Qardaşlarımızın qürurunu ürəkdən bölüşürük – Türkiyə XİN

Qardaşlarımızın qürurunu ürəkdən bölüşürük – Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə qurumun rəsmi “X” hesabında paylaşım edilib.

“Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük”, – paylaşımda vurğulanıb.

Editor

Related Posts