Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir?

Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir?

Qarabağda milyonluq tenderlərin qalibi olan şirkət Layihə İnstitutunun direktoruna aid imiş

Azərbaycanda şəhər və kəndlərin qurulması, eləcə də mövcud şəhər və kəndlərdə layihələndirmə işlərinin aparılması məqsədilə 2022-ci ildən indiyədək 33 tender elan edilib

Dövlət satınalmaları portalı vasitəsilə həyata keçirilən bu tenderlərin ümumi dəyəri 43 milyondan çox olub. Tenderlər daha çox işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məqsədilə həmin ərazilərdə baş tutub.

Tenderləri udan şirkətlərdən biri “Arxin-M LTD” MMC şirkətidir. Sözügedən şirkət 4 tender udaraq dövlət qurumlarından 5 milyon manat dəyərində sifariş alıb.

Milyonluq tenderlərin qalibi olan bu şirkət 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin hazırki qanuni təmsilçisi Niftalı Tağı oğlu Abbasovdur. Şirkət Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov, ev 137, m. 23 ünvanında yerləşir.

“Arxin-M LTD” MMC şirkətinin əsl sahibi kimdir?

Dövrü mətbuatda “Arxin-M LTD” MMC şirkəti ilə “Projekt LTD” MMC adlı şirkətin adı daim yanaşı çəkilir, hər iki şirkətin də müxtəlif dövlət qurumlarının layihələrində iştirak etdiyi, tenderlər qazandığı açıqlanır.   Beynəlxalq Şəffaflıq təşkilatının dərc etdiyi hesabatda da, bu hər iki şirkətin bir-biri ilə bağlı olması vurğulanıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına görə, “Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi isə Samirə Tahir qızı Bayramovadır.

Diqqətçəkən məsələ odur ki, hər iki şirkət də yarandığı zaman eyni ünvanda qeydiyyatdan keçib. Seçici siyahısına görə, bu ünvan elə 2012-ci ildə şirkətin qanuni təmsilçisi olan Müsəddin Əhməd oğlu Namazovun rəsmi qeydiyyatda olduğu mənzildir: Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23. 

Editor

Related Posts