Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hacət və ya istiğasə namazının qılınma qaydası

Hacət və ya istiğasə namazının qılınma qaydası

Hacət namazı və ya istiğasə namazı necə qılınır?

İstiğasə birini təcili köməyə çağırmağa deyilir. Rəvayət olunub ki, nə vaxt bir hacətiniz olsa, Hz.Zəhraya(s.ə) istiğasə namazını yerinə yetirin.

Az.shafaqna.com: İmam Sadiq (ə) bu namaz haqda buyurur: “Böyük hacətin olduğunda və ya ruhi cəhətdən sıxıldığında 2 rükət namaz qıl. Namazdan sonra 3 dəfə “Allahu əkbər” zikrini dedikdən sonra xanım Zəhranın (s) zikrini de. Daha sonra səcdəyə gedib

“Ya məvlati Fatimətu, əğisni”

یا مولاتى یا فاطمةُ اغیثینى  – zikrini 100 dəfə təkrar et. Daha sonra üzünün sağ tərəfini yerə qoyub zikri 100 dəfə de. Daha sonra isə yenidən səcdəyə gedərək 110 dəfə həmən zikri təkrarla. Daha sonra hacətini istə.!

“Biharul-Ənvar”, c .91, s. 30.

Editor

Related Posts