Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan və Putin Pezeşkianla danışıblar

Ərdoğan və Putin Pezeşkianla danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı telefonla təbrik edib.

Birinci24.com xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisinin bəyanatında deyilir.

“Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan bildirib ki, Pezeşkyanın rəhbərliyi altında yeni dövrdə Türkiyə ilə İran arasında əlaqələrin bütün sahələrdə inkişafını davam etdirəcəyinə və onların dərin tarixi keçmişindən güc alacaqlarına inanır. Türkiyə prezidenti Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb”.

Həmçinin Rusiya Prezidenti Vladimir Putin də telefon danışığında Məsud Pezeşkianı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran İslam Respublikasının seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı keçirərək, Məsud Pezeşkianı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib və ona məsul dövlət vəzifəsində uğurlar arzulayıb. Hər iki tərəf əldə olunmuş yüksək səviyyədə mehriban qonşuluq münasibətlərindən məmnunluq ifadə edib və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sıx əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləyiblər”, – Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Editor

Related Posts