Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kəlbəcər-İstisu elektrik xətti 16 milyon manata yenidən qurulacaq

Kəlbəcər-İstisu elektrik xətti 16 milyon manata yenidən qurulacaq

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” ASC tərəfindən keçirilən 16 milyon 222 min 149 manat 70 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” MMC (VÖEN-1504953841) olub.

“Smart Energy Services” MMC 110/35/10 kV-luq Qamışlı yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidənqurulması işini həyata keçirəcək.

Tenderin qalibi olan “Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir.

“Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub.

Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub.

Məlumat üçün onu da qeyd edək ki, Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan avtomobil yolunun uzunluğu 25 kilometrə bərabərdir. Elektrik xətti yolboyu çəkilərsə, bu zaman bir kilometr elektrik xəttinin yenidən qurulması üçün təxminən 650 min manat xərclənəcək.

Editor

Related Posts