Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran səfirinin qalmaqallı Qarabağ açıqlaması: “Azərbaycanlılar üçün niyə narahat olmurdunuz?”

İran səfirinin qalmaqallı Qarabağ açıqlaması: “Azərbaycanlılar üçün niyə narahat olmurdunuz?”

İranın Ermənistandakı səfiri, Azadlıq Radiosuna verdiyi müsahibə ilə yenidən gündəmə olub. Hər zaman ermənilərin yanında olduğunu nümayiş etdirməkdən xüsusi zövq alan Mehdi Sübhani budəfəki müsahibəsində Qarabağla bağlı işlətdiyi ifadələr ilə erməni mediasının “diqqət mərkəzinə” gəlib.

Sübhani Qarabağda vaxtilə yaşamış ermənilərin “hüququları”na hörmət edilməsi gərəkdiyini bildirib. “Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu məsələ yara kimidir və bu yaranın sağalmasına ehtiyac var”, – o, müsahibəsində deyib.

Politoloq Qabil Hüseynli deyib ki, Mehdi Sübhaninin sözləri təəccüblü deyil:

“O, tez-tez mətbuata verdiyi ermənipərəst açıqlamaları ilə diqqət çəkir. Ümumiyyətlə İranın Azərbaycana baxış bucağı radikal formada dəyişmir. Tehranın bir çox hallarda Bakıdan çəkinməsi, xüsusilə Cənubi Azərbaycan məsələsində ehtiyat etməsi onu İrəvana daha yaxın edir.

Qabil Hüseynli

İran hər nə qədər Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verdiyini iddia etsə də reallıq ondan ibarətdir ki, bu münaqişənin həllini heç vaxt istəməyib. Misal üçün, Mehdi Sübhani Qarabağda vaxtilə yaşamış ermənilərin “hüququları”na hörmət edilməsi gərəkdiyini bildirib. Amma İranın Bakıdakı səfiri heç vaxt deməyib ki, Qarabağdan məcburi köçürülən azərbaycanlılar geri qaytarılmalıdır.

Bütün bunlar əslində Tehranın regiona baxışını aydın şəkildə təsvir edir. Rəsmi Bakı İranın Ermənistandakı səfirinin bu açıqlamasına səssiz qalmamalı, İran səfirinə nota təqdim etməlidir. Bizim niyyətimiz heç vaxt İranla münasibətləri gərginləşdirmək olmayıb, amma bu kimi sərsəm bəyanatlara səssiz qalmaq olmaz. Tehran seçim etməli, xarici siyasətində korrektələrə yol verməlidir. Ermənistanın yanında olanlar regionun gələcəyində heç bir paya sahib ola bilməz.

Halbuki İran, Türkiyə, Azərbaycan ilə birlikdə regionda mühüm güc bloku yarada bilər. Görünür Tehran buna isti baxmır”.

Editor

Related Posts