Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Müxtəlif ölkələrdə Şami-Qəriban mərasimi keçirilib

Müxtəlif ölkələrdə Şami-Qəriban mərasimi keçirilib

İmam Hüseynin Şami-Qəriban gecəsində müsəlmanlar dünyanın müxtəlif ölkələrində matəm mərasimləri keçiriblər.

Məhərrəm ayının 10-cu günü Aşura günü və şiələrin üçüncü İmamı, Həzrət İmam Hüseynin (ə) şəhadətinin ildönümü günüdür. 

“Şami Qəriban” mərasimi imam Hüseynin (ə) əhli beytinin didərginliyi və Kərbəla hadisəsinin əsir düşmüş uşaqlarını xatırladır, hansı ki,  Aşura gününün qürub çağında Kərbəla səhransında və gecənin qaranlığında köməksiz vəziyyətdə qalmışdılar. 

Paklıq və ismət xanədanının aşiqləri və müsəlmanlar Şami Qəriban” mərasimində bir araya gəlib, Kərbəla əsirlərinin qəribliyini yad edib, matəm saxlayırlar. 

Dünən, çərşənbə axşamı Azərbaycan daxil İran, Hollandiya, Fransa, Amerika, Malayziya, Əfqanıstan, Hindistan, Pakistan, Türkiyə və digər ölkələrdə şiələr “Şami Qəriban” mərasimində iştirak edib, imam Hüseynin hörmətli bacısı, Həzrət Zeynəb Kübra (s) və Neynəva düzünün əsirlər karvanının matəmini bölüşüblər.

Editor

Related Posts