Azərbaycan Şuşada 15 yaşayış binasının tikintisinə 40 milyon manatdan çox vəsait ayıracaq.
Tikinti işlərinin həyata keçirilməsi üçün daha iki müqavilə imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Birinci müqaviləyə görə, parkinq və mühəndis qurğuları ilə birlikdə səkkiz 3 və 5 mərtəbəli binalar tikiləcək. Müqavilənin dəyəri 19,733 milyon manatdır.
İkinci müqavilə üzrə avtodayanacaqlı yeddi 3 və 5 mərtəbəli binalar tikintisi nəzərdə tutulur. İşlər, həmçinin abadlaşdırmanı da əhatə edir. Layihənin dəyəri 20,852 milyon manatdır.
Şuşada tikintisi gedən ilk səkkiz bina üzrə xərclər isə 14,687 milyon manat təşkil edib.