“Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir”.
Birinci24.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosunun sorğusuna cavab olaraq deyib.
“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq elan edilmiş və təqdim olunmuş əsas müddəalara uyğun olaraq sazişi ən qısa zamanda imzalamağa hazırdır”, – Ermənistan XİN nümayəndəsi bildirib.