Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
Birinci24.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
***13:41
Baş nazir Əli Əsədov İran İslam Respublikasının Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
Birinci24.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Əli Əsədovun İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcəyi bildirilir.
