Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda seçkilərlə bağlı mühüm yenilik  

Azərbaycanda seçkilərlə bağlı mühüm yenilik  

2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün “ASAN xidmət” mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir. 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, İnnovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir.

Vətəndaşlar Mərkəzlərdə olan “ASAN növbə” terminallarındakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər. 

Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur. 

Gün ərzində “ASAN xidmət”ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Editor

Related Posts