Xəbər verdiyimiz kimi, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.
Birinci24.com xəbər verir ki, kükürdlü suda zəhərlənərək ölən hərbçilərimizdən Fərid Cəbrayılov Kürdəmir, Asif Emnalıyev isə Şamaxı rayon sakini olub.
Qeyd edək ki, hadisə ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Fotoda kapitan Asif Emnalıyev

Fotoda gizir Fərid Cəbrayılov
.png)
Fotoda çavuş Emin Şahmarlı
.png)
Gizir Cəbrayılov Fərid Famil oğlu
