Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Meşəli sakinləri başqa kəndə köçmək istəmir

Meşəli sakinləri başqa kəndə köçmək istəmir

Xocalının Meşəli kəndinin sakinləri etiraz edirlər.

Səbəb isə onların Xocalının digər kəndi Seyidbəyliyə köçürülməsidir.

Hazırda Goranboyun Ağcakənd qəsəbəsində məskunlaşan Meşəli kənd camaatı Prezident İlham Əliyevə müraciət edərək doğma kəndlərinə qayıtmaq istədiklərini bildiriblər.

Otuz üç ildir ki, öz torpağımızın işğaldan azad edilməsini gözləyirdik. İndi isə bizi suyu olmayan, ilanmələməz bir yerə köçürürlər. Daşbulaq kəndində post qoyublar, bizi öz kəndimizə, Meşəliyə buraxmırlar. Kənd camaatı gedir, qabaqlarını kəsib saxlayırlar. Səbəb nədir? Bəlkə kəndimiz hələ də işğaldadır, biz bilmirik? Biz öz kəndimizi görmək istəyirik. İşğaldan azad olub, yenidən başlayıb, kəndi işğal edirlər. Hamısını istirahət mərkəzləri ediblər. Meşəlidən başqa yerə gedən deyilik. Qan tökülüb, torpaq alınıb, biz öz kəndimizi istəyirik”, – Meşəli camaatı deyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məsələ ilə əlaqədar ünvanladığı sorğuya cavab verməyib.

Editor

Related Posts