Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sərhəddə hərbçilər arasında qarşıdurma olub? – Rəsmi açıqlama 

Sərhəddə hərbçilər arasında qarşıdurma olub? – Rəsmi açıqlama 

“Tavuş vilayətinin sərhəddə yerləşən Kirants kəndində Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir mübahisə olmayıb”.

Birinci24.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları ilə Azərbaycan sərhədçiləri arasında mübahisə yaranmayıb. MTX-də Tavuş vilayətinin Kirants kəndində sərhədin demarkasiyasından sonra Azərbaycanın yeni yolun tikintisi ilə bağlı narazlığına dair heç bir məlumat almamışıq”, – açıqlamada qeyd edilir.

“Sputnik Ermənistan” bundan öncə bir neçə dəfə iki ölkənin sərhədçiləri arasında mübahisə olduğunu yazıb. Buna səbəbin yeni tikilən Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinin Azərbaycan ərazisinə düşməsi olduğu bildirilib.

Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə yeni yolun sərhəd xətti müəyyənləşdikdən sonra tikilməyə başladığını bildirib.

Editor

Related Posts