Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hansı ölkədə hərbi qulluqçuların sayı nə qədərdir? – Siyahı

Hansı ölkədə hərbi qulluqçuların sayı nə qədərdir? – Siyahı

İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünya ölkələrinin hərbi sənayelərində bir sıra tendensiyaları təsvir edən “Militarizasiyanın Mövcud Trendləri” adlı hesabat dərc edib.

Birinci24.com xəbər verir ki, əksər ölkələrdə silahlı qüvvələrin şəxsi heyətinin sayı azalıb.

Əgər 1995-ci ildə dünyada hərbçilərin ümumi sayı 30 milyonu ötmüşdüsə, 2019-cu ildə bu rəqəm 28 milyondan az olub.

Bəzi ölkələrdə hər 100 min əhaliyə düşən hərbi qulluqçuların sayı ümumi fonda nəzərəçarpacaq dərəcədə fərqlənir. IEP-in məlumatına görə, bu göstərici üzrə rekordçu Eritreyadır. Bu kiçik Afrika ölkəsində əhalinin hər 100 min nəfərinə 5 476 hərbi qulluqçu düşür.

Şimali Koreya, İsrail, Yunanıstan, Cənubi Koreya, Tayvan, Şri-Lanka, Livan və Ermənistanda bu göstərici yüksəkdir. Ermənistanda hər 100 min nəfərə 1 542 hərbi qulluqçu düşür. Ermənistanda bu rəqəm 2008-ci illə müqayisədə 100 min əhaliyə 21 hərbi qulluqçu artıb.

IEP iddia edir ki, Azərbaycanda hər 100 min əhaliyə 649 hərbi qulluqçu düşür və 15 il ərzində bu, hər 100 min əhaliyə 138 hərbi qulluqçu azalıb. Rusiyada hər 100 min əhaliyə 503 hərbi qulluqçu düşür və hər 100 min əhaliyə 127 hərbi qulluqçu azalıb. Gürcüstanda isə hər 100 min əhaliyə 551 hərbi qulluqçu düşür və hər 100 min əhaliyə 74 hərbi qulluqçu artıb.

Editor

Related Posts