Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda bu yol 1 aya yaxın bağlı olacaq – Formula 1-ə görə

Bakıda bu yol 1 aya yaxın bağlı olacaq – Formula 1-ə görə

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri aparılır.

Birinci24.com xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Editor

Related Posts