Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sarsılmaz”ın silah qüllələri Avropada nümayiş etdiriləcək

“Sarsılmaz”ın silah qüllələri Avropada nümayiş etdiriləcək

Türkiyənin “Sarsılmaz” şirkəti Uzaqdan İdarə Edilən Silah Qüllələri (UİESQ) ilə Polşada keçiriləcək 32-ci Beynəlxalq Müdafiə Sərgisində (MSPO) böyük bir təqdimat təşkil etməyə hazırlaşır.

Birinci24.com xəbər verir ki, “Sarsılmaz” silahları ilə təchiz edilmiş UİESQ-lərin bütün çaplı sursatlardan istifadə etmək qabiliyyəti sayəsində geniş çeşidli tədarükçülərin diqqətini çəkəcəyi gözlənilir.

Dünyanın sayılıb-seçilən müdafiə sənayesi sərgilərindən biri sayılan MSPO 3-6 sentyabr tarixləri arasında Polşanın Keltse şəhərində 32-ci dəfə öz qapılarını açacaq.

Quru, dəniz və hava hücumundan müdafiə sektorlarında ən son texnologiyaların nümayiş olunduğu sərgidə dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi şirkətlərinin və yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Öz sahəsində Avropanın ən böyük silah və sursat istehsalçılarından biri olan “Sarsılmaz” Polşadakı sərgidə “yerli və milli” imkanlarla istehsal edilən silah və silah sistemləri ilə yerini alacaq.

Editor

Related Posts