Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Lavrovdan Azərbaycan açıqlaması: “Başqa yolunuz yoxdur…”

Lavrovdan Azərbaycan açıqlaması: “Başqa yolunuz yoxdur…”

Əgər Ermənistan hakimiyyəti məsələlərin həlli üçün Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman buyursun.

Birinci24.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Həmçinin 2020-2022-ci illərdə Azərbaycan, Rusiya və Ermənistanın bir neçə görüşdə imzalanmış üçtərəfli sazişlərin də iflasa uğramasından narahatıq. Mən artıq nəqliyyat əlaqəsinin (Zəngəzur dəhlizi – red.) bərpasından danışdım, bununla məşğul olan üçtərəfli komissiyanı da qeyd etdim, amma o, artıq praktiki olaraq görüşmür. İrəvan hesab edir ki, bunu birbaşa Azərbaycanla etmək lazımdır, amma uğurludursa, Allah xatirinə, buyurun”, – rusiyalı nazir bildirib.

Lavrov həmçinin qeyd edib ki, Rusiya dövlət sərhədinin delimitasiyası ilə bağlı bu prosesin iştirakçıları ilə məsləhətləşməli olsa da, bu, baş vermir: “Xeyr, istəmirlər, eyni zamanda daima Qərb, ABŞ, Avropa İttifaqı və Parisi cəlb etməyə və hər hansı bir prosesə onların himayədarlığını təmin etməyə çalışırlar (Ermənistanı nəzərdə tutur – red.). Bu, onların seçimidir, amma onlar ilk növbədə azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdırlar. Başqa yol yoxdur”.

Editor

Related Posts