Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qəzzada məktəblərin 70%-dən çoxu dağıdılıb və ya zədələnib” – UNRWA rəhbəri

“Qəzzada məktəblərin 70%-dən çoxu dağıdılıb və ya zədələnib” – UNRWA rəhbəri

“7 oktyabr 2023-cü ildən bəri anklavda davam edən döyüşlər nəticəsində BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağındakı məktəblərinin təxminən 70%-i dağıdılıb və ya zədələnib”.

Birinci24.com xəbər verir ki, bu barədə agentliyin sədri Filip Lazzarini sosial şəbəkə hesabında məlumat yayıb.

“Qəzzada məktəblərimizin 70%-dən çoxu dağıdılıb və ya zədələnib. Məktəblərimizin böyük əksəriyyəti indi yüz minlərlə köçkün ailənin yaşadığı sığınacaqlara çevrilib. Onlardan təhsil üçün istifadə edilə bilməz”, – Lazzarini bildirib.

Qəzza hakimiyyətinin mətbuat xidmətinin dərc etdiyi son məlumatlara görə, zolağın bütün eskalasiyası dövründə 122 təhsil müəssisəsi tamamilə dağıdılıb, daha 334-ü isə zədələnib.

Editor

Related Posts