Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran Rusiyaya ballistik raketlər verə bilər – KİV

İran Rusiyaya ballistik raketlər verə bilər – KİV

Avropa rəsmiləri İranın yaxın gələcəkdə Rusiyaya ballistik raketlər göndərəcəyini istisna etmirlər.

Birinci24.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib, İran artıq Rusiyaya yüzlərlə “Shahed” pilotsuz uçan aparatı verib ki, bu da rus qoşunları tərəfindən Ukrayna şəhərlərinə hücum etmək üçün gündəlik istifadə olunur.

“Bloomberg” mənbələri mümkün vaxtı, raketlərin növünü və çatdırılma miqyasını açıqlamayıb. Onlardan biri tədarüklərin bir neçə gün ərzində başlaya biləcəyini irəli sürüb.

Agentlik qeyd edir ki, ABŞ və NATO müttəfiqləri Tehranı belə bir addımla bağlı dəfələrlə xəbərdar edib və bunun qarşısını almaq üçün diplomatik səylər göstəriblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurası şərh sorğusuna dərhal cavab verməyib. İran Xarici İşlər Nazirliyi və onun BMT-dəki missiyası da jurnalistlərin sorğularını hələlik cavabsız qoyub.

Qeyd edək ki, ilin əvvəlində “Reuters” agentliyi də Tehranın Moskvaya 400-ə yaxın ballistik raket göndərə biləcəyini yazmışdı.

Editor

Related Posts