Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakının bu ünvanında evlər sökülür

Bakının bu ünvanında evlər sökülür

Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.

Birinci24.com xəbər verir ki, vətəndaşlar iddia edirlər ki, onlara məlumat verilmədən evləri sökülür.
Bəzi sakinlər ilə razılaşma olub, evləri sökülüb. Ancaq sakinlər deyirlər ki, digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkəti ilə əlaqə saxladılıb.

Şirkətin hüquqşünası Cabbar Həsənov bildirdi ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.

Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.

Editor

Related Posts