7 il əvvəl – 2018-ci ilin əvvəlində Azərbaycanda 1 milyon 318 min pensiyaçı olub. 7 ildən sonra – 2024-cü ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 96 min nəfərə kimi azalıb.
Son 7 ildə pensiyaçıların sayı 222 min nəfər və yaxud 16,8% azalıb.
Son 7 ildə Azərbaycan əhalisinin sayı artdığı üçün əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayı daha çox azalıb. Belə ki, 2018-ci ilin əvvəlində ölkədə hər 1 000 nəfərə düşən pensiyaçı sayı 135 olub. 2024-cü ilin əvvəlində bu göstərici 108-ə düşüb. Nəticədə, son 7 ildə əhalinin hər 1 000 nəfərinə düşən pensiyaçıların sayı 20% azalıb.
Müqayisə üçün bildirək ki, son 7 il ərzində Müstəqil Dövlətlər Birliyinə daxil olan əksər ölkələr arasında pensiyaçıların sayı ən çox Azərbaycanda azalıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan belə görünür ki, 7 il əvvəl – 2018-ci ildə Ermənistanda 458 min pensiyaçı olub və son 7 il ərzində onların sayı 18 min nəfər artaraq 476 minə yüksəlib.
Ermənistanda hər 1000 nəfərə düşən pensiyaçı sayı isə son 7 ildə 154-dən 160-a çatıb.
MDB ölkələrində isə əhalinin hər 1 000 nəfərinə düşən pensiyaçı sayı aşağıdakı kimi olub:

.