Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran Rusiyaya mümkün raket tədarükü ilə bağlı xəbərləri təkzib etdi

İran Rusiyaya mümkün raket tədarükü ilə bağlı xəbərləri təkzib etdi

“İranın Rusiyaya mümkün raket ötürməsi ilə bağlı bəyanatlar psixoloji müharibədir”.

Birinci24.com“Reuters”ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Fəzlullah Nozari tədarük xəbərlərini təkzib edərkən bildirib.

“Rusiyaya heç bir raket göndərilməyib, bu bəyanat bir növ psixoloji müharibədir. İran Ukrayna münaqişəsinin heç bir tərəfini dəstəkləmir”, – Nozari bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, ölkə münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir. Tehran bu cür aksiyalarda iştirak etməkdən çəkinir və digər dövlətləri hərbi texnikanın tədarükünü dayandırmağa çağırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da İrandan raket tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib. O, belə məlumatların hər dəfə reallığa uyğun gəlmədiyini vurğulayıb.

Editor

Related Posts