Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

64 yaşlı Şon özündən 40 yaş kiçik aktrisa ilə sevgilidir – FOTO

64 yaşlı Şon özündən 40 yaş kiçik aktrisa ilə sevgilidir – FOTO

Hollivud aktyoru və rejissoru Şon Penn özündən təxminən 38 yaş kiçik moldovalı aktrisası ilə münasibətdə şübhəli bilinir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, qızın adı Valeriya Nikovadır.

Nəşrin yazdığına görə, cütlüyün münasibəti haqda söhbətlər İspaniyanın Madrid şəhərinin küçələrində gəzərkən göründükdən sonra yaranıb. Şon Penn tünd şalvar, köynək və pencək geyinib, qız isə kofta ilə iş kostyumu seçib.

Gəzinti zamanı onlar olduqca mehriban görünüb, söhbət edib və əl-ələ gəziblər. Gecənin kulminasiyası paparatsilərin Penn və Nikovanın öpüşməsini lentə alması olub.

Qadın haqqında az şey məlumdur: o, Moldovadandır və aktrisalıqla məşğuldur. Valeriya Nikova artıq bir neçə kiçik layihədə rol alıb. Onun neçə yaşında olduğu açıqlanmır, lakin saytlardan birində 1998-ci il təvəllüdlü olması barədə məlumat var. Şon Pennin isə 64 yaşı var.

Şon Pennin indiyədək üç rəsmi nikahı olub: müğənni Madonna, aktrisalar Robin Rayt və Leyla Corcla evlənib.

Editor

Related Posts