Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

“Fox News” Harris-Tramp debatının ikinci mərhələsini təklif edir

“Fox News” Harris-Tramp debatının ikinci mərhələsini təklif edir

“Fox News” telekanalı Respublikaçılar və Demokratlar partiyasından prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında növbəti seçki debatının keçirilməsini təklif edib.

Birinci24.com xəbər verir ki, bu barədə telekanal öz saytında məlumat yayıb.

Məlumata görə, kanal artıq Harris və Trampın seçki qərargahına müvafiq təkliflə məktublar göndərib.

Telekanal həmçinin tədbirin keçirilmə tarixi və yeri üçün üç variant təklif edib: 9 oktyabr – Arizona, 15 oktyabr – Corciya və 16 oktyabr – Şimali Karolina.

Debatlar 90 dəqiqə ilə məhdudlaşacaq və namizədlərə hazırlanmış qeydlərdən və ya teleprompterdən istifadə etməyə icazə verilməyəcək.

“Fox News” telekanalı həmçinin, namizədlərin hər birini kanalın saytında seçicilərlə görüş keçirməyə dəvət edib.

Qeyd edək ki, Harris və Tramp arasında ilk seçkiqabağı debat sentyabrın 10-da “ABC News” telekanalı tərəfindən Filadelfiyada (Pensilvaniya) təşkil edilib. Debat Amerikanın bütün əsas xəbər telekanalları tərəfindən canlı yayımlanıb.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Editor

Related Posts