Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Hraparak”: Paşinyan dar çevrələrdə sülh sazişinin bu il imzalanmayacağını bildirib

“Hraparak”: Paşinyan dar çevrələrdə sülh sazişinin bu il imzalanmayacağını bildirib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün bəyan edib ki, ilin sonuna qədər sülh sazişinin imzalanması və sərhədlərin demarkasiyası haqqında razılıq var və bu barədə razılıq bu il sentyabrın 27-də Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdə əldə olunub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, maraqlıdır ki, Nikol Paşinyan diametral əks fikir ifadə edib: son günlərdə dar çevrələrdə sülh sazişindən danışaraq onun bu il imzalanmayacağını, nə vaxt imzalanacağının isə məlum olmadığını bildirib.

“Nikol Paşinyan 2020-ci il noyabrın 10-da etdiyi kimi bir gecədə imza atmaqla təəccübləndirmək üçün yenə də bəzilərinin başının altına yumşaq yastıq qoyur, yoxsa müqavilənin taleyi hələ də bəlli deyil? Hakim fraksiya əmindir ki, sülh sazişi yaxın aylarda, hətta illərdə imzalanmayacaq. Hər halda təkbətək söhbətlərdə deyirlər ki, bu, bir neçə aya inkişaf etdiriləsi və imza səviyyəsinə çatdırılası oyun deyil”, – deyə nəşr qeyd edib.

Editor

Related Posts