Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Baku TV”nin ekran işi nüfuzlu film festivalının qalibi oldu

“Baku TV”nin ekran işi nüfuzlu film festivalının qalibi oldu

Baku TV-nin çəkdiyi “Söz” qısametrajlı sənədli filmi Los – Ancelesdə keçirilən, hər dəfə mindən artıq ekran əsərinin göndərildiyi “Accolade Global Film Competition” festivalının qalibi olub.

IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən yaxşı 25 film festivalından biri hesab olunur. 21 ildir davam edən festivalda zaman-zaman dünyaca məşhur aktyorlar, film prodüserləri, rejissorlar və ssenaristlər qalib olublar. Mükafatçılar sırasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi, Erik Roberts kimi dünyaca məşhur şəxsləri misal göstərmək olar.

Nüfuzlu film festivalının qalibi olan ekran əsəri Baku Tv-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsindən bəhs edir. Filmdə hər şey qəhrəmanın öz dilindən səslənir. Onun müharibəyəqədərki, 44 gün boyunca və Zəfərdən sonra keçirdiyi hisslər, psixoloji durum həm də bütövlükdə Azərbaycan xalqının ümimiləşdirilmiş obrazı kimi əks olunur.

Nüfuzlu film festivalı “Accolade Global Film Competition”nın qalibi olan ekran əsərinin rejissoru Baku Tv-nin əməkdaşı Leyli Məhərrəmdir. Sənədli filmin ölkəmizdə təqdimatı keçirildikdən sonra izlənməsi üçün tamaşçıların ixtiyarına veriləcək.

Editor

Related Posts