İsrail qüvvələrinin Qüdsün İçərişəhərində və Məscidül-Əqsanın ətrafında tətbiq etdiyi məhdudiyyət və qadağalara baxmayaraq, on minlərlə fələstinli cümə namazına qatılıb.
Bu barədə Qüdsün İslami Vəqflər İdarəsi məlumat yayıb.
Bildirilib ki, işğalçı qüvvələrin qoyduğu maneə və məhdudiyyətlərə baxmayaraq, 40 minə yaxın inanclı Əl-Əqsa məscidində cümə namazı qılıb.
Yerli mənbələrin məlumatına görə, İsrail qüvvələri Müqəddəs şəhərin küçələrində və İçərişəhərdə, habelə Əl-Əqsa məscidi kompleksinin darvazalarında təhlükəsizlik tədbirlərini kəskin artırıb.
Əlavə edilib ki, bu gün sübh Qüdsdə baş verən qarşıdurmada və həyata keçirilən reydlərdə 18 fələstinli saxlanılıb.
Yəhudi dini ayinlərinin əl-Əqsa məscidi ərazisində keçirilməsi burada gərginliyi və qarşıdurma ehtimallarını artırıb.