Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Trampa sui-qəsddə şübhəli bilinən şəxsə ittihamlar irəli sürüldü” – CNN

“Trampa sui-qəsddə şübhəli bilinən şəxsə ittihamlar irəli sürüldü” – CNN

ABŞ məhkəməsi prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsdə cəhddə şübhəli bilinən Rayan Uesli Ruta ittihamlar irəli sürüb.

Birinci24.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxs odlu silahla bağlı iki maddə ilə ittiham olunub. İttihamlara ağır cinayətdə təqsirli bilinərkən odlu silah saxlamaq və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaq daxildir.

Eyni zamanda telekanal həbs məsələsi ilə bağlı dinləmənin sentyabrın 23-nə təyin edildiyini bildirir.

Qeyd edək ki, sentyabrın 15-də Donald Trampın Floridadakı qolf klubunda ABŞ prezidentliyinə namizəd sahədə oynayarkən atışma baş verib. O, atışma nəticəsində xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırmağa başlayıb. Aparılan əməliyyatlar nəticəsində şübhəli şəxs saxlanılıb. Amerika mediası onun Havay adalarından olan 58 yaşlı kişi olduğunu yazır. Hadisədən sonra Tramp qolf klubunun yaxınlığında yerləşən Mar-a-Laqodakı iqamətgahına qayıdıb.

Bu hadisə Pensilvaniyada Trampa ilk sui-qəsd cəhdindən iki ay sonra baş verib.

Editor

Related Posts