Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Trampa sui-qəsddə şübhəli bilinən şəxs Putin və Kim Çen Inı da öldürmək istəyib – WSJ

Trampa sui-qəsddə şübhəli bilinən şəxs Putin və Kim Çen Inı da öldürmək istəyib – WSJ

ABŞ Prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən Rayan Uesli Rut Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen Inı öldürməklə hədələyib.

Birinci24.com xəbər verir ki, bu barədə 2022-ci ildə Kiyevdə Rutla bir neçə dəfə görüşən amerikalı Çelsi Uolşla danışan “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Tibb bacısı işləyən və ay yarım Ukraynada olan Uolş Rutun zorakılıq hədələrindən ciddi narahat olduğunu bildirib.
O deyib ki, Rut Putin və Kim Çen Inı öldürmək istədiyini bildirib, O, həmçinin Tramp və ABŞ-nin hazırkı Prezidenti Co Baydenin də adını çəkib. Ancaq Uolş Rutun onları təhdid edib-etmədiyini xatırlamadığını bildirib.

Uolş ABŞ-yə 2022-ci ilin iyununda qayıdıb və narahatlığını Vaşinqton yaxınlığındakı Dalles Beynəlxalq Hava Limanında Gömrük və Sərhəd Mühafizəsi əməkdaşına bildirib.

“The Wall Street Journal” yazır ki, Dövlət Departamenti Rutun cəmiyyət üçün təhlükəli ola biləcəyi barədə əvvəllər də məlumatlandırılıb.

MKİ-nin keçmiş əməkdaşı Sara Adamsın sözlərinə görə, Ukraynada könüllülər arasında Rut “fırıldaqçı” və “psixopat” kimi tanınıb.

Qəzetin bildirdiyinə görə, Rut Trampın Ukrayna münaqişəsini həll etmək üçün Putinlə sövdələşmə niyyətini bəyənməyib. Şübhəlinin fikrincə, Vaşinqton Kiyevə bütün lazımi hərbi yardımı göstərməyə davam etməlidir.

Editor

Related Posts