Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elman Paşayev Moskvada saxlanıldı

Elman Paşayev Moskvada saxlanıldı

Keçmiş vəkil Elman Paşayev Rusiyanın paytaxtı Moskvada saxlanılıb.

Birinci24.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Məlumata görə, o, dələduzluq işi üzrə saxlanılıb. Belə ki, keçmiş vəkil Aleksey və Yelena Blinovskiləri pul müqabilində vergidən yayınma ittihamı ilə cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb. Bu maddə 1 milyon rubla qədər cərimə ilə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Paşayev Moskvada Aleksey Blinovski ilə şəxsi görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində onu və həyat yoldaşı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Nəticədə Paşayev bunun müqabilində Blinovskidən pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədə təqsirli bilinən Mixail Yefremovun vəkili kimi şöhrət qazanıb. O, sonradan vəkillikdən xaric edilib. Daha sonra Yefremov işi üzrə keçirilən prosesdə yalan ifadə verən şahidlərə görə Paşayevə qarşı yoxlama aparılıb.

Editor

Related Posts