Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda Formula 1 yarışlarının iqtisadi təsirləri: miflər və reallıqlar – 1-ci yazı

Azərbaycanda Formula 1 yarışlarının iqtisadi təsirləri: miflər və reallıqlar – 1-ci yazı

Müəllif: Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti

Azərbaycan 2016-cı ildən “Formula 1 Grand-prix” yarışlarına ev sahibliyi edir.  Ötən dövr ərzində Formula 1 yarışı  2020-ci ildə COVİD-19 ilə əlaqədar olaraq təşkil olunmayıb, 2021-ci ildə isə  izləyiclərsiz keçirilib. İlk müqavilə ilə 2020-ci ildə yekunlaşmalı olan yarışın müddəti sonrada  daha  3 il uzadılıb. 2023-cü ildə isə Azərbaycanın bu yarışa ev sahibliyini yenidən ən azı 2026-cı ilə qədər davamına nail olub[1].

Formula 1 yarışları ilə  yanaşı,  Azərbaycan 2012-ci ildə Avrovizion mahnı yarışmasına, 2015-ci ildə 1-ci Avropa Olimpiada Oyunlarına, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalına, 2020-ci ildə Avropa Futbol Çempionatı  çərçivəsində 4 oyuna ev sahibliyi edib. 2024-cü ildə Azərbaycan müstəqillik tarixində ən  böyük tədbirə COP29-a ev sahibliyi edəcək.

İndiyə qədər keçirilən Formula 1 yarışlarına Bakı şəhərinin ev sahibliyi etməsi digər beynəlxalq idman yarışları ilə müqayisədə   daha çox suallar doğursa da Azərbaycan höküməti onları yarışı bu sualları cavablandırılmadan müntəzəm olaraq 7 ildir ki,   davam etdirir.  Belə ki, “2024 Formula-1 Azərbaycan Qran Prisi” 13-15 sentyabr tarixlərində yenidən Bakıda keçiriləcək. Odur ki, bu ərəfədə Formula 1 yarışlarının iqtisadi təsirlərinə dair miflər və reallıqlara nəzər salırıq.

1-ci mif: Formula 1 yarışlarına ev sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzunu artırır.

Reallıq budur ki, müasir dünyada nüfuzlu idman tədbirləri beynəlxalq münasibətlərdə yumşaq güc aləti kimi istifadə olunur. Azərbaycanın belə əhəmiyyətli beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi əsasən bu məqsədə xidmət edir və siyasi dividentlər əsasən hökumətə çatır. Hərçənd ki, Azərbaycan bu tədbirləri dövlət büdcəsindən maliyyələşdirir, siyasi qazanc onlardan hakimiyyət tərəfindən əldə edilir. Hakimiyyət tez-tez belə tədbirləri özlərini müasir dünyanın bir hissəsi kimi göstərmək və siyasi dəstək qazanmaq üçün istifadə edir. Bundan əlavə, bu tədbirlər həmçinin pul yuyulması və korrupsiya kimi məqsədlərə də xidmət edə bilər.Beynəlxalq reytinq dəyərləndirmələri göstərir ki,  Freedom House təşkilatının demokratiya indeksinə görə azad olmayan Azərbaycan Formula 1 yarışlarına ev sahibliyi etdiyi 2016-cı ildən sonra daha pis korrupsiya, insan haqları və azadlıqlar göstəriciləri nümayiş etdirir. Beynəlxalq Şəffaflıq təşkilatının açıqladığı 2023-cü ilin nəticələrinə görə, son  korrupsiya siyahısında[2] Azərbaycan  180 ölkə arasında 100 mümkün baldan 23 toplayaraq dünyanın ən çox korrupsiyalaşmış 154-cü ölkəsi olub.

2-ci mif: Formula 1 yarışlarına ev sahibliyi etmək Azərbaycana böyük iqtisadi imkanlar qazandırır.

Reallıq budur  ki, bu yarışa ev sahibliyi edən, eləcə də avtomobili və ya idmançı komandası ilə qatılan inkişaf etmiş ölkələr Formula 1-dən həm biznes məqsədilə, həm də idman sənayesinin inkişafı üçün istifadə edirlər. Onların əsas qazancları izləyicilərin iştirak haqqına görə ödədiklərindən, marketinq fəaliyyətindən əldə edilən birbaşa gəlırlərlə yanaşı yarışa qatılan komandaların qələbəsindən və avtomobillərin reklamındandır. Bununla yanaşı onlar həmçinin digər sektorlarda, o cümlədən xidmət sektorunda xərcləmələrdən də dolayı qazanclar əldə edirlər. Eləcə də Formula 1 yarışlarının  2018-ci ildə  82,3 milyon nəfərlik qlobal auditoriyasının  2019-cu ildə isə 90,2 milyon nəfərə[3] çatması bu sahədə medianın  əhatə dairəsinin və təsir imkanlarının  genişləndiyini təqdiq edir. Açıqlamalara görə, qlobal səviyyədə 2023-cü il mövsümü üçün sponsorluq gəliri 445 milyon dollara, 2022-ci il mövsümü üçün yayım gəliri 936 milyon dollara çatıb[4].

Azərbaycana gəlincə, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə[5],  Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına 506,3 milyon ABŞ dolları gəlir gətirib. Bu  yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri, ümumi yaşayış, iaşə, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, ticarəti və kommunal xidmətlərə  görə ödənişləri əhatə edir. Bu məbləğ peşəkar xidmətlər, otellər və digər sektorlar daxil olmaqla müxtəlif sektorlar üzrə xərclər nəzərə alınmaqla hesablanan birbaşa və dolayı nəticələrinin məcmusudur.

Bundan əlavə ildən-ilə geri qayıdan Formula 1 həm illik, həm də mövsümi məşğulluğu artırır, eyni zamanda bir sıra sənayelərdə yeni iş yerləri yaradır.  2023-cü ildə Bakı həlqəsi Əməliyyat şirkətində[6] 207 nəfər çalışıb və ötən il  F1 çempionatına 1500 nəfər könüllü cəlb dilib. Bununlıa da Formula 1 qısa və orta müddətli iş yeri yaratmaqla yerli əmək bazarının inkişafına bilavasitə töhfə verir.  Formula 1 infrastrukturun inkişafı kimi maddi sahələrdə, eləcə də milli brend reputasiyasının qeyri-maddi sahələrində və qlobal şüurun artırılmasında böyük uzunmüddətli təsirə malikdir. Azərbaycan bu yarışa ev sahibliyi etməklə həm də  müasir, dinamik ölkə kimi dünya səviyyəli idman və əyləncə tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirir.

https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-2958042747014821&output=html&h=280&adk=362255224&adf=3125058321&w=750&abgtt=6&fwrn=4&fwrnh=100&lmt=1726600463&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=7438792171&ad_type=text_image&format=750×280&url=https%3A%2F%2Fturan.az%2Faz%2Fanalitika-maliyye%2Fazerbaycanda-formula-1-yarislarinin-iqtisadi-tesirleri-mifler-ve-realliqlar-784477&fwr=0&pra=3&rh=188&rw=750&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTAuMC4wIiwieDg2IiwiIiwiMTI4LjAuNjYxMy4xMzgiLG51bGwsMCxudWxsLCI2NCIsW1siQ2hyb21pdW0iLCIxMjguMC42NjEzLjEzOCJdLFsiTm90O0E9QnJhbmQiLCIyNC4wLjAuMCJdLFsiR29vZ2xlIENocm9tZSIsIjEyOC4wLjY2MTMuMTM4Il1dLDBd&dt=1726600462980&bpp=1&bdt=973&idt=1&shv=r20240912&mjsv=m202409120101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D17e4b0424d5bfa27%3AT%3D1719683499%3ART%3D1726600210%3AS%3DALNI_MZYTmEqxhxJAY7nqZQKUXPXYS0bHw&gpic=UID%3D00000e6ab4db9db2%3AT%3D1719683499%3ART%3D1726600210%3AS%3DALNI_Ma0B37ZI-V4r1aEMCa1IegQAJ0R5w&eo_id_str=ID%3De86010bcca2ad04a%3AT%3D1719683499%3ART%3D1726600210%3AS%3DAA-AfjYYNIgaPrViRL5_SmauwwJ-&prev_fmts=0x0%2C0x650%2C300x1032%2C0x650%2C750x280&nras=3&correlator=8253726652559&frm=20&pv=1&u_tz=240&u_his=1&u_h=864&u_w=1536&u_ah=824&u_aw=1536&u_cd=24&u_sd=1.25&dmc=4&adx=190&ady=2572&biw=1519&bih=703&scr_x=0&scr_y=0&eid=44759875%2C44759926%2C44759837%2C44795921%2C95338226%2C95342016%2C95342766%2C95342336&oid=2&pvsid=2262400519779444&tmod=52457227&uas=0&nvt=1&ref=https%3A%2F%2Fturan.az%2Faz%2Fanalitika-maliyye%2Fazerbaycanda-formula-1-yarislarinin-iqtisadi-tesirleri-mifler-ve-realliqlar-784530&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1536%2C0%2C1536%2C824%2C1536%2C703&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&bz=1&td=1&tdf=0&psd=W251bGwsbnVsbCwibGFiZWxfb25seV81IiwxXQ..&nt=1&ifi=7&uci=a!7&btvi=3&fsb=1&dtd=103

Aydındır ki, Qran Priyə ev sahibliyi etmək bahalı işdir. Azərbaycan Qran Prisinin 100 milyon dollara sığortalandığını bildirib.[7]  Odur ki, “Formula 1” Qran-Pri yarışlarına Azərbaycandan hər il 100 milyonlarla manat vəsait ayrılır. Belə ki, 2021-ci ilin Azərbaycan dövlət büdcəsində göstərilir ki, “Formula 1” Qran-Pri yarışlarının və Futbol üzrə Avropa çempionatının qrup oyunlarının Bakı şəhərində keçirilməsi üçün  80 milyon manat vəsait xərclənib. Bundan əlavə “Formula 1 Qran Prisi” yarışının yayım hüquqlarının lisenziyasının “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı xərclər də büdcədən ödənilsə də onun məbləği açıqlanmır.

Bütövlükdə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 170,2 milyon manat[8], 2023-cü ildə 208,9 milyon manat[9] xərclənib, 2024-cü ilin ilkin büdcəsindən isə bu məqsədlə 234,7 manat proqnozlaşdırılıb[10]. Qeyd edək ki, proqnozlaşdırılan vəsait yalnız “Formula 1 Qran Prisi” yarışının deyil, həmin büdcə ili ərzində Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq və ölkə səviyyəli bütün tədbirlərin maliyyəlşdirilməsinə yönəldilir. Görüçdüyü kimi bu vəsaitlərin məbləğində son 2 və cari ildə artım dinamikası müşahidə olunur ki, bunun da səbəbi  Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin sayının artımı və inflyasiyanın yüksəlməsi ilə izah oluna bilər.

Formula 1 yarışlarının məsrəfləri yalnız bununla bitmir. Belə ki, bu yarışa ev sahibliyi edən ölkələr Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına cavab verən infrastruktur və dövrə inşa etməlidir. Beynəlxalq praktikada sınaqdan çıxmış tipik daimi trekin[11] tikintisinin ümumi dəyəri təxminən 270 milyon dollardır. Bura tibbi mərkəzi və media mərkəzinin inşası, asfalt örtüyünün vurulması, çuxur, komanda və VİP qonaq otaqlarının tikintisi, xüsusi elekrtrik təchizatı, tribunaların quraşdılması və digər infratstrukturun yaradılması daxildir.

Lakin Qran Prini küçə trasında (Bakıda olduğu kimi) keçirmək,  daimi trasdan daha ucuz başa gəlir və daha tez qurulur. Bununla belə, bu, küçələrin dəyişdirilməsini, maneələrin tikilməsini, möhtəşəm stendlərin və digər yardımçı vasitələrin quraşdırılmasını  tələb edir. Belə bir dövrənin qurulmasının illik dəyəri təxminən 60 milyon dollardır. Buna görə də, 6 ildən çox müddətə daimi trekin tikintisi illik 20 milyon dollara qədər olan təmir xərcləri də nəzərə alınmaqla şəhər küçələrində yarış keçirməkdən daha sərfəli olur. Daimi dövrənin əlavə üstünlükləri digər yarış və idman yarışlarına, hətta musiqi festivallarına ev sahibliyi etmək imkanlarıdır. Lakin Azərbaycan daimi trekin deyil, küçə trekinin quraşdırılmasına üstünlük verdiyindən hər il təmir və yenidənqurmaya əlavə vəsait ayırır.

Bununla yanaşı, bu yarışa ev sahibliyi edən Miami və   Las Veqasdan  başqa bütün ölkələr Formula 1-ə illik 30-40 milyon dollar civarında hostinq haqqı ödəyirlər.  Mayami və Las Veqasın ödəniş etməməsinin səbəbi Formula 1  tədbirinin  təşkilinin həmin şəhərdə mövcud olan şirkətlər tərəfindən deyil, beynəlxalq şirkət tərəfindən təşkilidir. Belə olanda da onlar bilet satışlarından və sponsorluq sövdələşmələrindən qazandıqları bütün pulları özləri götürürlər.

Yarışa ev sahibliyi (Hostinq) ödənişi hər il ayrı-ayrı ölkələrin müqavilələrindən asılı olaraq artırılır.  2023-cü il üçün Bakı bu yarışa sahiblik edən ölkə və şəhərlər  arasında ən çox hostinq ödənişi edib. Ötən il bu məqsədlə 57 milyon dollar ödənilib[12].  Statista-ya görə, 2024-cü il  mövsümündə də Bəhreyn, Səudiyyə Ərəbistanı, Azərbaycan və Qətər kimi ölkələr 50 milyon ABŞ dollarından çox hostinq haqqı  ödəyib[13].

Bakıda Formula 1 Azərbaycan Qran Prisinin iqtisadi və sosial faydalarına dair 2020-ci ildən sonra heç bir  açıqlama verilmir, eləcə də xərclər və faydalar dair hesabatlıq və şəffaflıq təmin olunmadığından Azərbaycanda keçirilən Formula 1 yarışına dair  mətbuatda korrupsiya faktlarına rast gəlinir. Belə  ki, 2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev mənimsəmədə ittiham olunraq cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Belə ki, o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında- anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək, ora köçürüb. İstintaqla Çingiz Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb[14].

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmədə bütün tapşırıqların mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov tərəfindən  verildiyini etiraf edib[15]. Atası mərhum Azad Rəhimov  Azərbaycanın gənclər və  idman naziri olduğu dövrdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri təyin olunmuş Arif Rəhimov 7 il ərzində bu vəzifədə çalışıb və işdən  2022-ci ildə  çıxarılıb.[16] 

Reallıq budur ki,   Azərbaycanda Formula 1 yarışlarının xərcləri ildən ilə artır, qazancları ilə bağlı məlumatlar açıqlanmır, bu da onu göstərir ki, Bakı Şəhər Halqası Əməliyyat şirkəti  şəffaf və hesabatlı idarə olunmur, korrupsiya və nepotizm qoxusu verir.

Növbəti yazıda  Formula 1 yarışının Azərbaycanın turizmdən əldə edilən gəlirlərə, xarici qonaqların şəhərə olan marağına verdiyi töhfələr üzrə mifləri və reallıqları dəyərləndirəcəyik.


[1] https://racingnews365.com/azerbaijan-gp-secures-f1-future-with-new-deal

[2] https://www.transparency.org/en/countries/azerbaijan

[3] https://www.bakucitycircuit.com/en/press-release/PricewaterhouseCoopers-Study-Reveals-%24506.3million-Benefit-to-Baku-since-arrival-of-F1-in-Azerbaijan

[4] https://sites.lsa.umich.edu/mje/2024/04/29/is-hosting-an-f1-race-financially-feasible/

[5]  https://azertag.az/xeber/Nigar_Arpadarai_2016_2019_cu_illerde_kechirilen_Formula_1_yarislari_Azerbaycan_iqtisadiyyatina_boyuk_fayda_verib-1387378

[6] https://www.bakucitycircuit.com

[7] https://en.vestikavkaza.ru/news/Economic-and-social-benefits-of-Formula-1-Azerbaijan-Grand-Prix-outlined-in-Baku.html

[8] https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/64b149d771786.pdf

[9] https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/6682702853f54.pdf

[10] https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/65426bc58efc7.pdf

[11] https://www.forbes.com/sites/csylt/2017/03/13/the-1-billion-cost-of-hosting-an-f1-race/?sh=607849454f79

[12] https://speedcafe.com/formula-1-hosting-fees-2023/

[13]https://www.blackbookmotorsport.com/news/f1-monaco-grand-prix-liberty-media-hosting-fee/#:~:text=Currently%2C%20the%20circuit%20pays%20US,US%2450%20million%20a%20year.

[14] https://lent.az/xeber/hadise/formula-1e-ayrilan-pullari-menimsedi-baki-seher-halqasinda-korrupsiya-40601438

[15] https://azpolitika.info/?p=757736

[16] https://apa.az/diger-novler/arif-rehimov-baki-seher-halqasinin-icraci-direktoru-vezifesinden-azad-edilib-727998

Editor

Related Posts