Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gürcüstanda LGBT-nin təbliğatı qadağan olunub

Gürcüstanda LGBT-nin təbliğatı qadağan olunub

Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu təsdiqləyib.

Birinci24.com xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.

Qanunu 84 deputat dəstəkləyib, müxalifət isə səsvermədə iştirak etməyib.

Layihə hakim “Gürcü arzusu” partiyası tərəfindən təqdim olunmuşdu.

Qəbul edilmiş sənəd eynicinsli nikahları, eyni cinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini və transgender keçidini qadağan edir. Həkimlərə transseksual keçidi asanlaşdıran əməliyyatlar və digər manipulyasiyalar etmək qadağandır. Bu cür prosedurların həyata keçirilməsi həbs də daxil olmaqla, cinayət məsuliyyətinə səbəb olur.

Bundan əlavə, təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində eynicinsli münasibətlərin “populyarlaşdırılmasına” yönəlmiş məlumatların reklamı və yayılması qadağandır. LGBTQ+ insanların “təbliğatına” yönəlmiş ictimai toplantıların (mitinq və ya yürüşlərin) keçirilməsi də qadağan olunub.

Editor

Related Posts