Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 16,8 faiz olacaq

Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 16,8 faiz olacaq

Azərbaycanda 2025-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərə ayrılması proqnozlaşdırılan vəsait açıqlanıb.

Birinci24.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,658.3 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da 2025-ci il dövlət büdcəsinin xərcləri hissəsində xüsusi çəkisi 16,8 faiz təşkil edəcək.

Büdcədən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3,207.7 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da büdcə xərclərində xüsusi çəkisi 8,1 faiz olacaq.

Editor

Related Posts