Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Xüsusi qayğıya ehtiyacı olan şəxslər Naxçıvanın müalicə və turizm imkanlarından yararlanıb

Ölkəmizin digər regionlarında yaşayan və sosial qayğıya ehtiyacı olan şəxslər muxtar respublikamızda müvafiq müalicələrə cəlb olunurlar.

Hər il təşkil olunan bu tədbirlərdən bu dəfə də ölkəmizin digər regionlarından gələn sağlamlıq imkanları məhdud şəxslər və şəhid ailələrinin üzvləri yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslər muxtar respublikada müxtəlif reabilitasiya müəssisələrində olub, müvafiq müalicə prosedurlarından keçiblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qonaqların asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılıb, onların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyaları təşkil olunub. Qonaqlar “Xan Sarayı” Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksində olub, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. Onlar üçün Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində çay süfrəsi də təşkil olunub.

Ekskursiya muxtar respublikada müalicə turizmindən yararlanan sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

admin

Related Posts