Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Güznüt və Çeşməbasar kəndlərində qapalı suvarma sistemləri qurulur

Son illərdə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 1170 hektar, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar, Kəngərli rayonunun Böyükdüz, Xok və Yurdçu kəndlərinin ərazisində 2690 hektar, Şahbuz rayonunun Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində 678 hektar, Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində isə 340 hektar olmaqla, ümumilikdə, 5868 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkələri qurulub.

Bu tədbirlərin davamı olaraq Babək rayonunun Güznüt və Çeşməbasar kəndlərində də yeni qapalı suvarma şəbəkəsi qurulur. Hazırda layihənin icrası istiqamətində işlər sürətlə davam etdirilir. Belə ki, 23 min 264 metrlik müxtəlif diametrli borular qaynaq edilib. Şəbəkənin qurulduğu ərazidə ana xəttin çəkilməsi üçün 1950, birləşmələrin çəkilişi üçün isə 21 min 316 metr məsafədə qazıntı işləri aparılıb. Artıq 20 min 200 metrdən artıq müxtəlif diametrli borular quraşdırılıb və 17 min 168 metr məsafədə bərkitmə işləri görülüb.

Qapalı suvarma sisteminin inşası ərazinin relyefinə uyğun aparılır. Burada inşaat işləri yekunlaşdıqdan sonra 230 suvarma hidrantının və 230 siyirtmənin quraşdırılması nəzərdə tutulur. Quraşdırılan hər suvarma hidrantı 1 hektar sahənin suvarılmasına imkan verir.

admin

Related Posts