Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail ordusu Livanda “önləyici hərbi əməliyyata” başladığını elan etdi

İsrail ordusu Livanda “önləyici hərbi əməliyyata” başladığını elan etdi

“İsrail ordusu (İDF) sentyabrın 23-də səhər saatlarında Livanın “Hizbullah” qruplaşmasına qarşı önləyici hərbi əməliyyata başlayıb”.

Birinci24.com xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Biz “Hizbullah”ın 20 ildir inşa etdiyi hərbi infrastrukturu məhv edirik. Bu çox vacibdir. Hədəfləri vurub növbəti mərhələləri hazırlayırıq. Nəhayət, hər şey İsrailin şimalındakı köçkünlərin öz evlərinə qayıtması üçün şərait yaratmağa yönəlməlidir”, – Halevi bildirib.

Qeyd edilib ki, sentyabrın 23-ü səhər saatlarından İsrail qırıcıları və pilotsuz təyyarələri Livandakı “Hizbullah” hədəflərinə 1300-dən çox zərbə endirib, qrupun raketlər, mərmilər, buraxılış qurğuları və dronları saxladığı binalara və digər obyektlərə hücum edib.

İsrailin Baş naziri Benyamin Netanyahu ingilis dilində Livan sakinlərini İsrail ordusunun əməliyyatı başa çatana qədər evlərini tərk etməyə çağırdığı videomüraciət yayıb.

İDF-nin məlumatına görə, sentyabrın 23-də “Hizbullah” Livandan İsrailə 165 raket atıb, onların əksəriyyəti Hayfa da daxil olmaqla şimal bölgələrinə atılıb.

İsrail hökuməti sentyabrın 30-dək ölkənin bütün ərazilərində xüsusi vəziyyət elan edib. Bu, hakimiyyət orqanlarına məhdudiyyətlər qoymağa imkan verəcək. İndiyədək heç bir məhdudiyyət tətbiq edilməyib.

Sentyabrın 23-də İsrail ordusunun Livana hücumları nəticəsində Livan Səhiyyə Nazirliyinin məlumatına görə, azı 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Editor

Related Posts